Azərbaycan Voleybol Federasiyası: Bahar Kuboku” yarışına start veriləcək

16 Mart 2022 15:37

Xəbər 369 dəfə oxunub

Martın 17-də Azərbaycan Voleybol Federasiyasının idman zalında Novruz bayramına həsr olunan “Bahar Kuboku” yarışına start veriləcək.Federasiyanın mətbuat xidməti xəbər verir ki, qadın voleybolçular arasında təşkil olunacaq yarışda Azərbaycan Super Liqasının iştirakçıları – “Azərreyl”, “Murov”, “Abşeron” və UNEC komandaları mübarizə aparacaqlar.Yarış iki gün davam edəcək. Püşkə əsasən, yarış “Azərreyl” – “Abşeron” matçı ilə start götürəcək. Görüş saat 14:00-da başlayacaq. Saat 16:00-da “Murov” UNEC-i sınağa çəkəcək.Reqlamentə əsasən, qalib gələn komandalar birinci, məğlub olanlar isə üçüncü yer uğrunda mübarizə aparacaqlar. Hər iki matç martın 18-də keçiriləcək.xeber100.com