2021-2022-ci il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb

18 Mart 2022 13:27

Xəbər 420 dəfə oxunub

Martın 18-də futbol üzrə UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb.UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatmanın nəticələri aşağıdakı kimidir:

“Çelsi” – “Real Madrid”;

“Mançester Siti” – “Atletiko Madrid”;

“Vilyarreal” – “Bavariya”;

“Benfika” – “Liverpul”.

Bu mərhələnin ilk oyunları aprelin 5-6-da, cavab qarşılaşmaları isə 12-13-də keçiriləcək. Yarımfinalın ilk görüşləri aprelin 26-27-də, cavab matçları mayın 3-4-də oynanılacaq. Final qarşılaşmasına isə mayın 28-də Parisdəki “Stad de Frans” ev sahibliyi edəcək.xeber100.com