Bu gün Xorvatiyada yeniyetmə və gənc karateçilər arasında 30-cu Qran-Pri turniri start götürəcək.Samobor şəhərinə baş tutacaq yarışda 16-17 və 18-21 yaşlı gənclərdən ibarət komandamızın baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyev, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov və kumite üzrə qadınların baş məşqçisi Denis Morozovun rəhbərliyi altında 17 idmançı mübarizə aparacaq. Belə ki, 16-17 yaşlı gənclər arasında Aysu Əliyeva (53 kq), 18-21 yaşlı idmançıların turnirində Elmir Musayev (60 kq), Hüseyn Məmmədli, Nuran Rzazadə (67 kq), Fərid Ağayev (75 kq), Hüseyn Hüseynzadə, Abbas Dadaşov (84 kq), Osman Osmanlı, Namiq Quliyev (+84 kq), Xumar Əlibəyova (50 kq), Suada Kərimova (55 kq), Ayla Rzazadə (61 kq), Zəhra Əliverdiyeva (68 kq), Fidan Musayeva (+68 kq) kumite yarışlarında, Ceyhun İsmayılov, Həsənəli Həsənov və Zəhra Qurbanzadə isə kata çıxışlarında iştirak edəcəklər.Milli komandamızın üzvləri ilə yanaşı, bir sıra klubların idmançıları da Qran-Pri turnirində mübarizə aparacaqlar.Qeyd edək ki, bu nüfuzlu yarışa 33 ölkədən 1769 idmançı qatılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…