Fiqurlu konkisürmə üzrə dünya çempionatı davam edir

24 Mart 2022 19:01

Xəbər 593 dəfə oxunub

Fransanın Monpelye şəhərində fiqurlu konkisürmə üzrə dünya çempionatı davam edir.Bu gün kişi idmançılar mübarizəyə başlayıblar.Azərbaycan təmsilçisi Vladimir Litvintsev də qısa proqramda çıxışını təqdim edib. Onun çıxışı 85,83 xalla qiymətləndirilib və təmsilçimiz 13-cü olub. Bu, idmançımıza sərbəst proqramda çıxış etmək hüququ verib. Otuz iştirakçıdan yalnız 24-ü martın 26-da medallar uğrunda mübarizəni davam etdirəcək.Qeyd edək ki, martın 25-də təmsilçimiz Yekaterina Ryabova sərbəst proqramla mundialı başa vuracaq. Yekaterina Kuznetsova və Aleksandr Kolosovski dueti buz üzərində rəqslərdə yarışa start verəcək.xeber100.com