UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsində

8 Aprel 2022 09:57

Xəbər 380 dəfə oxunub

UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.UEFA-nın saytına istinadla xəbər verir ki, bu ada İspaniya “Real Madrid”in hücumçusu Kərim Benzema layiq görülüb.Otuz beş yaşlı fransalı forvard səsvermədə İspaniyanın “Vilyarreal” klubunun futbolçusu Covani Lo Çelsonu, İngiltərənin “Liverpul” klubundan Luis Diası və “Mançester Siti”dən Kevin De Brüyneni geridə qoyub.Qeyd edək ki, Kərim Benzema “Real Madrid”in İngiltərədə “Çelsi”yə 3:1 hesabı ilə qalib gəldiyi matçda het-trik edib.xeber100.com