İngiltərə Premyer Liqasının XXXII turunda…

11 Aprel 2022 10:09

Xəbər 423 dəfə oxunub

İngiltərə Premyer Liqasının XXXII turunda “Liverpul”la oyun “Mançester Siti”nin uğurlu seriyasının başa çatmasına səbəb olub.Mançester təmsilçisi matçda iki dəfə önə keçsə də, meydanı 2:2 hesablı bərabərliklə tərk edib. Pep Qvardiolanın yetirmələri bundan əvvəl 22 liqa görüşünün hamısında qalib gəlməyi bacarıb.

Qeyd edək ki, hazırda “Mançester Siti” 74 xalla turnir cədvəlinə başçılıq edir. “Liverpul” 73 xalla ikinci pillədə yer alıb.xeber100.com