Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub

10 Aprel 2022 10:13

Xəbər 361 dəfə oxunub

Aprelin 10-da futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub.XXXII tura təsadüf edən prinsipial oyunda “Fənərbağça” öz meydanında “Qalatasaray”la qarşılaşıb.”Ülkər” stadionunda oynanılan oyun “sarı-lacivərdlilər”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.Meydan sahiblərinin heyətində qolları 26-cı dəqiqədə Miha Zayts və 68-ci dəqiqədə Serdar Dursun vurublar.Bu qələbədən sonra xallarını 59-a çatdıran “Fənərbağça” 2-ci pilləyə yüksəlib. “Qalatasaray” isə 41 xalla 14-cü pilləyə geriləyib.xeber100.com