Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub

10 Aprel 2022 10:15

Xəbər 391 dəfə oxunub

Aprelin 10-da futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.Turun son oyununda “Qəbələ” autsayder “Səbail”in qonağı olub.”ASCO Arena”dakı qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.Paytaxt təmsilçisinin heyətində qolları 41-ci dəqiqədə Adil Nağıyev, 67-ci dəqiqədə Nikolas Raysel və 73-cü dəqiqədə İbrahim Aslanlı vurublar.Bu nəticədən sonra xallarını 14-ə çatdıran “Səbail” sonuncu pillədəki mövqeyində qalıb. “Qəbələ” isə 34 xalla 4-cüdür.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” səfərdə “Şamaxı”ya 2:1, “Sabah” evdə “Zirə”yə 3:1 və “Qarabağ” səfərdə “Sumqayıt”a 3:0 hesabı ilə qalib gəlib.xeber100.com