Şose velosipedi üzrə Azərbaycan kuboku yarışında üçüncü mərhələyə yekun vurulub.Federasiyanın mətbuat xidmətinin məlumatılna görə, İsmayıllı rayonunda keçirilən yarışda müxtəlif yaş kateqoriyaları üzrə 60-a yaxın idmançı iştirak edib.Reqlamentə əsasən, qaliblər iki yarış gününün nəticəsinə görə müəyyənləşib. Qızlar arasında yekun nəticəyə əsasən, Radha Şabanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Viktoriya Sidorenko ikinci, Lala Abdurahmanova isə üçüncü olub. On yeddi yaşadək oğlanlar arasında Tural İsrafilov bütün rəqiblərini geridə qoyub. Tamerlan Vitovskiy və Ravi Rzayev isə 2-3-cü yerləri bölüşüblər.Gənclərin U-23 və elit yaş kateqoriyasında çıxış edən velosipedçilərin mübarizəsində Əli Qurbanov hamıdan güclü olub. Kamran Mirzəxanov və Elgün Əlizadə isə müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüblər.Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov təqdim ediblər. Mükafatlandırma mərasimi zamanı çıxış edən Mədət Quliyev qalibləri təbrik edib və Prezident İlham Əliyevə gənclərə yaratdığı şəraitə görə bütün velosipedçilər adından təşəkkürünü bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…