Stolüstü tennis üzrə qaliblər müəyyənləşib

16 Aprel 2022 18:55

Xəbər 402 dəfə oxunub

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.“Şüa” İdman – Sağlamlıq Kompleksində keçirilən yarışın son günündə final görüşləri olub. Gərgin və maraqlı mübarizə ilə yadda qalan birinciliyin nəticələrinə əsasən, 2004-2006-cı il təvəllüdlü qızların şəxsi turnirində Ləman Abdulhəmidova qalib gəlib. Zemfira Mikayılova ikinci, Xədicə Əbilzadə ilə Səbinə Məmmədova üçüncü yerləri tutublar. Oğlanlar arasında baş mükafata Emin Məmmədov layiq görülüb. Kənan Pənahov gümüş, Murad Cəfərovla Hacımurad Məmmədbəyov bürünc medal qazanıblar.Qızların qoşa yarışlarında Zemfira Mikayılova ilə Xədicə Əbilzadə, oğlanlarda isə Kənan Pənahovla Emin Məmmədov Azərbaycan çempionu olublar. Qarışıq-qoşa yarışlarda Ləman Abdulhəmidova ilə Kənan Pənahov bütün rəqiblərinə qalib gəlib.Xatırladaq ki, 2004-2006-cı il təvəllüdlü qızların komanda turnirində “Bakı” komandası birinci, “Şəki” komandası ikinci yeri tutub. “Sumqayıt” və “Şabran” komandaları üçüncü yeri bölüşüblər. Oğlanların mübarizəsindən də “Bakı” komandası qalib ayrılıb. “Sumqayıt” ikinci, “Salyan” və “Şəki” tennisçiləri üçüncü yerlərə sahib olublar.Mərziyyə Nürmətova 2007-ci il təvəllüdlü və daha azyaşlı tennisçilərin şəxsi mübarizəsindən qalib ayrılıb. Aylin Əsgərova gümüş, Arzu Aslanova ilə Yağmur Məmmədli bürünc medal əldə ediblər. Oğlanların yarışı Adil Əhmədzadənin qələbəsi ilə yekunlaşıb. Onur Quluzadə ikinci, Toğrul Məhəmmədovla Hüseyn Elyazov üçüncü yeri tutublar. Qızların qoşa yarışlarında Mərziyyə Nürmətova ilə Arzu Aslanova, oğlanların mübarizəsində isə Adil Əhmədzadə ilə Rüstəm Hacılı qalib gəliblər. Qarışıq-qoşa turnirdə Onur Quluzadə – Nigar Mahmudova tandemi çempion adına layiq görülüb. Qızların komanda yarışı “Sumqayıt – 1” kollektivinin qələbəsi ilə yekunlaşıb. “Sumqayıt -2” komandası ikinci yerdə qərarlaşıb. “Sumqayıt – 3” və “Şabran” fəxri kürsünün üçüncü pilləsində yer alıb.xeber100.com

 

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02