Azərbaycan Voleybol Federasiyasının məlumatına görə…

19 Aprel 2022 09:58

Xəbər 415 dəfə oxunub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2021/2022-ci il mövsümünün başa çatacağı vaxt bəlli olub. Dörd dövrəlik mübarizədə 5 klubun iştirakı ilə təşkil olunan yarışda son turun oyunları aprelin 20-də baş tutacaq.Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, günün ilk matçında “Neftçi” və “Murov” komandaları üz-üzə gələcəklər. Oyun saat 15:00-da başlayacaq.“Murov” voleybol klubunun idman zalında təşkil ediləcək XX turun və mövsümün son qarşılaşması isə “Sərhədçi” – MOİK komandaları arasında olacaq. Oyunun start fiti saat 17:00-da veriləcək.Qeyd edək ki, XIX turdan sonra “Murov” 41 xalla turnir cədvəlinə liderlik edir. “Neftçi” 36 xalla ikinci, MOİK 25 xalla üçüncü, 6 xala malik, lakin rəqibini set fərqində qabaqlayan “Sərhədçi” dördüncü, “Ekspress” isə beşinci pillədə qərarlaşıb.xeber100.com