Futbol üzrə PSV və “Ayaks” komandaları üz-üzə gəlib

19 Aprel 2022 10:14

Xəbər 440 dəfə oxunub

Futbol üzrə Niderland kuboku yarışının finalında PSV və “Ayaks” komandaları üz-üzə gəlib.Rotterdamda keçirilən həlledici görüşə “Ayaks” futbolçuları daha yaxşı başlayıblar. Birinci hissə Rayan Qravenberxin vurduğu qolla paytaxt təmsilçisinin üstünlüyü ilə bitib. Amma fasilədən sonra Eyndhoven komandası hesabı xeyrinə dəyişib. Erik Qutyeres və Kodi Qakpo qapını dəqiq nişan alıb.Beləliklə, 2:1 hesabı ilə qalib gələn PSV 10 ildən sonra turnirdə fəxri mükafata sahib çıxıb. Eyndhoven klubu tarixində 10-cu dəfə ölkə kubokunu başı üzərinə qaldırıb. Bu nominasiyada rekord 20 dəfə titula yiyələnən “Ayaks”a məxsusdur.xeber100.com