Sofiyada gənclər arasında boks üzrə Avropa birinciliyi davam edir

19 Aprel 2022 10:16

Xəbər 304 dəfə oxunub

Bolqarıstanın paytaxtı Sofiyada gənclər arasında boks üzrə Avropa birinciliyi davam edir.Yarışın altıncı günündə – aprelin 19-da Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq) və Sərxan Budaqov (80 kq) dörddəbir finalda mübarizə aparacaqlar.Avropa birinciliyində 40 ölkədən 400-dən çox boksçu qüvvəsini sınayır. Azərbaycan millisi oğlanların yarışına tam heyətlə qatılıb.Çempionatın qalibləri aprelin 21-də məlum olacaq.xeber100.com