Azərbaycan Badminton Federasiyasının məlumatına görə…

26 Aprel 2022 10:32

Xəbər 519 dəfə oxunub

Aprelin 25-də İspaniyanın paytaxtı Madrid şəhərində badminton üzrə Avropa çempionatına start verilib.Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, mübarizəyə 1/16 finaldan başlayacaq badmintonçumuz Edi Reski Dviçayo kişilərin şəxsi yarışında ilk görüşünü İrlandiya təmsilçisi Nhat Nguyenə qarşı keçirəcək.Kişi badmintonçuların qoşa yarışında ölkəmizi təmsil edən Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni tandemi isə 1/16 final mərhələsində Covanni Qreko-Kevin Strobl (İtaliya) cütü ilə qarşılaşacaq.Hər iki görüş aprelin 26-da keçiriləcək.xeber100.com