UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək

28 Aprel 2022 13:16

Xəbər 361 dəfə oxunub

Aprelin 28-də UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.Turnirin pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Fransanın “Marsel” klubu Niderlandda “Feyenoord” ilə üz-üzə gələcək. Gecənin digər matçında İtaliyanın “Roma” klubu İngiltərədə “Lester Siti”in qonağı olacaq.Qeyd edək ki, turnirin final görüşü mayın 25-də Albaniyanın paytaxtı Tiranada oynanılacaq.xeber100.com