Azərbaycan Güləş Federasiyasının məlumatı əsasında…

29 Aprel 2022 15:17

Xəbər 412 dəfə oxunub

Mayın 5-6-da çimərlik güləşi üzrə ilk Azərbaycan çempionatı keçiriləcək.Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, Avropa Oyunları Parkında təşkil olunacaq yarışda U-17, U-20 və böyüklər arasında ölkə çempionları müəyyənləşəcək.Çempionatın keçirilməsində məqsəd çimərlik güləşində kütləviliyə nail olmaq və müvafiq yığma komandaların tərkibini formalaşdırmaqdan ibarətdir.Mayın 5-də U-17 və U-20 yaş qrupu üzrə mübarizə baş tutacaq. Növbəti gün isə böyüklər arasında yarış keçiriləcək. Görüşlər hər gün saat 11:00-da başlayacaq.Qeyd edək ki, U-17 yaş qrupunda 50, 60, 70, 80, U-20 və böyüklər arasında isə 70, 80, 90 kiloqram və 90 kiloqramdan yuxarı çəki dərəcələrində qaliblər müəyyənləşəcək.xeber100.com