Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə…

4 May 2022 14:48

Xəbər 376 dəfə oxunub

Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə mayın 7-8-də Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Sara Sultanovanın xatirəsinə həsr olunan stolüstü tennis turniri keçiriləcək.ASTF-nin mətbuat xidmətindən bildiriblər ki, yarışda veteran idmançılar bacarıqlarını göstərəcəklər. “Şüa” İdman-Sağlamlıq Kompleksində keçiriləcək turnirin əsas məqsədi veteran idmançıların sağlamlığının möhkəmləndirilməsi, fəal həyata cəlb edilməsi, idman ustalığının qorunub saxlanılması və stolüstü tennisin geniş kütlə arasında təbliğidir.Yarış şəxsi və qoşa proqramlar üzrə beynəlxalq stolüstü tennis qaydalarına əsasən təşkil olunacaq. Turnirin qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılacaqlar.xeber100.com