Daşkənddə şahmat üzrə Aqzamov memorialı start götürür

4 May 2022 14:56

Xəbər 368 dəfə oxunub

Bu gün Daşkənddə şahmat üzrə Aqzamov memorialı start götürür.15-ci dəfə keçirilən yarışın güclü A turnirində Azərbaycan şahmatçıları Misrətdin İsgəndərov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Şahin Vəliyev iştirak edəcəklər. On turdan ibarət olacaq yarış İsveçrə sistemi üzrə keçiriləcək.Mayın 11-dək davam edəcək turnirdə 66 şahmatçı iştirak edir ki, onlardan da 16-sı qrosmeysterlərdir.xeber100.com