Futbol üzrə Gənclər Liqasının 2021-2022-ci il mövsümünün qalibi məlum olub

11 May 2022 12:41

Xəbər 612 dəfə oxunub

AFFA-nın təşkil etdiyi futbol üzrə Gənclər Liqasının 2021-2022-ci il mövsümünün qalibi məlum olub.AFFA-nın saytı xəbər verir ki, təxirə salınmış oyunda “Qarabağ”ı 6:0 hesabı ilə məğlub edən “Qəbələ” mövsümün başa çatmasına bir tur qalmış çempionluğunu rəsmiləşdirib.AFFA Gənclər Liqasının qalibi 2022-2023-cü il mövsümündə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək.xeber100.com