İspaniya La Liqasının XXXVI turu çərçivəsində…

11 May 2022 12:43

Xəbər 409 dəfə oxunub

İspaniya La Liqasının XXXVI turu çərçivəsində “Barselona” öz meydanında “Selta Viqo”nu qəbul edib.Matçın 65-ci dəqiqəsində “Barselona”lı 23 yaşlı müdafiəçi Ronald Arauxo komanda yoldaşı Qavi ilə kəllə-kəlləyə toqquşub. Bundan sonra uruqvaylı oyunçu ayağa qalxıb oyuna davam etmək istəsə də huşunu itirib yerə yıxılıb və meydanı ambulansla tərk edib.Qeyd edək ki, qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:1. Qalib komandadan qolları Memfis Depay 30-cu, Pyer-Emerik Obameyanq 41-ci və 48-ci dəqiqələrdə vurub. “Selta Viqo”nun tək qolu isə 50-ci dəqiqədə Aspastan gəlib.36 oyundan sonra “Barselona” 72 xalla 2-ci, “Selta Viqo” isə 43 xalla 11-cidir.xeber100.com