“Superbet Chess Classic” şahmat turnirində yeddinci turun oyunları keçirilib

12 May 2022 15:01

Xəbər 384 dəfə oxunub

Buxarest şəhərində “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turnirində yeddinci turun oyunları keçirilib. Dairəvi sistem üzrə təşkil olunan turnirin ümumi mükafat fondu 350 min ABŞ dollar təşkil edir.Yarışda ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov rusiyalı həmkarı Yan Nepomnyaşi ilə mübarizə aparıb. Qara fiqurlarla oynayan şahmatçımız rəqibini üstələyib.Qeyd edək ki, 2021-ci ildə “Superbet Chess Classic” turnirinin qalibi olan Şəhriyar Məmmədov bu dəfəki yarışda indiyədək 7 turda 3 xal toplayıb.Turnir mayın 14-dək davam edəcək.xeber100.com