Almaniya 2-ci Bundesliqasında 2021/2022-ci il mövsümünə yekun vurulub

16 May 2022 10:04

Xəbər 410 dəfə oxunub

Almaniya 2-ci Bundesliqasında 2021/2022-ci il mövsümünə yekun vurulub.Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” mövsümün sonuncu matçında – 34-cü turda səfərdə Drezden “Dinamo”su ilə qarşılaşıb 1:0 hesabı ilə qalib gəlib.D.Nazarov bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.Otuz dörd oyuna 26 xal toplayan “Ersgebirge” mövsümü 18 kollektiv arasında 17-ci pillədə tamamlayıb və komanda aşağı liqaya yuvarlanıb.D.Nazarov geridə qalan mövsümdə meydana çıxdığı 30 oyunda 4 qola imza atıb.xeber100.com