Berlində Formula E-nin yeddinci və səkkizinci mərhələləri keçiriləcək

14 May 2022 10:21

Xəbər 306 dəfə oxunub

Formula E-nin rəhbərliyi 2022-ci il mövsümü üçün təqvimdə edilən dəyişikliyi açıqlayıb.İyulun 2-də keçirilməsi planlaşdırılan Vankuver yürüşünü Mərakeş mərhələsi əvəz edəcək.Dəyişiklik Beynəlxalq Avtomobil Federasiyası tərəfindən də təsdiqlənməlidir.Mərakeşdə yarış beşinci dəfə təşkil olunacaq. Belə ki, Mərakeş 2016-cı, 2018-2020-ci illərdə də Formula E yarışına ev sahibliyi edib.Bu həftəsonu Berlində Formula E-nin yeddinci və səkkizinci mərhələləri keçiriləcək.