İsrail Yüksək Liqasında 2021/2022-ci il mövsümünün çempionu müəyyənləşib

17 May 2022 13:33

Xəbər 361 dəfə oxunub

Futbol üzrə İsrail Yüksək Liqasında 2021/2022-ci il mövsümünün çempionu müəyyənləşib.Bu, “Makkabi” (Hayfa) klubu olub.Komanda 34-cü turda “Hapoel”lə (Berşeva) heç-heçə (1:1) edib və xallarının sayını 72-yə çatdırıb. Hayfa təmsilçisi mövsümün sonuna 1 tur qalmış ən yaxın izləyicisi “Hapoel”i 5 xal qabaqlayıb.Beləliklə, “Makkabi” ardıcıl ikinci dəfə İsrail çempionu olub.Qeyd edək ki, “Makkabi” tarixində 14-cü dəfə ölkə çempionluğunu qazanıb.xeber100.com