Futbol üzrə Azərbaycan yığma komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirib.Millimiz C Liqasının üçüncü qrupunun birinci turunda Qazaxıstan seçməsinin qonağı olub.Nur–Sultandakı “Astana Arena”da keçirilən görüşdə Azərbaycan millisinin start heyətində Şahrudin Məhəmmədəliyev, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Höccət Haqqverdi, Emin Mahmudov, Renat Dadaşov, Mahir Emreli, Eddi İsrafilov, Bədavi Hüseynov və Aleksey İsayev yer alıblar.Macarıstanlı baş hakim İştvan Vadın idarə etdiyi matçın ilk hissəsində hesab açılmayıb. İkinci hissəyə fəal başlayan Qazaxıstan millisi istəyinə nail olub. Görüşün 50-ci dəqiqəsində Abat Aimbetov hesabı açıb. On dəqiqə sonra A.Aimbetov dubl edərək hesab arasındakı fərqi artırıb və bu, oyunda vurulan sonuncu qol olub.Beləliklə, görüş 2:0 hesabı ilə Qazaxıstan millisinin qələbəsi ilə başa çatıb.Azərbaycan millisi tarixində bu matçadək Qazaxıstanın əsas komandası ilə 9 görüş, U-21 yığması ilə 1 oyun keçirib. Komandamız 10 qarşılaşmanın 4-də məğlub olub, eyni sayda heç-heçə edib, cəmi 2 dəfə qələbə qazanıb.Milli komandamız növbəti görüşünü iyunun 6-da Serbiyanın Novi-Sad şəhərində Belarusa qarşı keçirəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…