Dünya Taekvondo Federasiyasının təşkilatçılığı ilə…

5 İyun 2022 12:16

Xəbər 345 dəfə oxunub

İtaliyanın Roma şəhərində taekvondo üzrə Qran-Pri turniri keçirilir.Dünya Taekvondo Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycan milli komandasının 5 üzvü iştirak edir.Turnirdə kişilərdən Qaşım Maqomedov (58 kq) və Cavad Ağayev (68 kq), qadınlardan isə Fəridə Əzizova (67 kq) iyunun 3-4-də dayanq üzərinə çıxıb, yarışda mübarizəni erkən dayandırıblar.İyunun 5-də isə kişilərdən Ayxan Tağızadə (80 kq), qadınlardan isə Patimat Abakarova (49 kq) mübarizəyə qoşulacaq.Komandamız qadınların baş məşqçisi Səbuhi Zülfüqarov, böyük məşqçilər Sənan Həşimov və Rəşad Məmmədovun rəhbərliyi ilə turnirdə iştirak edirlər.Qeyd edək ki, Qran-Pri yarışları İtaliyadan sonra il ərzində müvafiq olaraq Fransa, Böyük Britaniya və Çində keçiriləcək.xeber100.com