Azərbaycan Həndbol Federasiyasının məlumatına görə…

10 İyun 2022 14:50

Xəbər 406 dəfə oxunub

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi V İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirir.Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, avqustda keçiriləcək yarışlara hazırlaşan komanda hazırlığın ilkin mərhələsinə mayın 15-də Bakıda start verib. İyirmi iki həndbolçunun cəlb olunduğu toplanışa baş məşqçi Slavisa Ristiçeviç rəhbərlik edir. Köməkçi məşqçi Fuad Yangildindir.Məşqlər “Sərhədçi” Olimpiya İdman Mərkəzi və “Dinamo” İdman Cəmiyyətində keçirilir.İyunun 15-də Bakıda yekunlaşacaq toplanış ardınca ölkə xaricində davam etdiriləcək.Milli iyunun 24-dək Gürcüstanda hazırlıq keçəcək. Həmin təlim-məşq toplanışında bir neçə yoxlama oyununun keçirilməsi planlaşdırılır.Hazırlıq planına əsasən, seçmə komanda digər toplanışlara da qatılacaq.Qeyd edək ki, avqustun 9-18-də Türkiyənin Konya şəhərində keçiriləcək İslam Oyunlarındakı rəqiblər hələlik məlum deyil.xeber100.com