UEFA Çempionlar Liqasının təsnifat mərhələsindəki rəqibi müəyyənləşib

14 İyun 2022 12:31

Xəbər 418 dəfə oxunub

Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılmış püşk nəticəsində məlum olub. Qurban Qurbanovun baş məşqçilik etdiyi kollektiv Polşanın “Lex” komandasına rəqib olub.Qeyd edək ki, Çempionlar Liqasında birinci təsnifat mərhələsinin oyunları iyulun 5-6-da və 12-13-də keçiriləcək. “Qarabağ” ilk matçını səfərdə keçirəcək.xeber100.com