“Çelsi” futbol klubu yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib

14 İyun 2022 12:50

Xəbər 301 dəfə oxunub

İngiltərənin “Çelsi” klubu yarımmüdafiəçisi Billi Gilmorla müqaviləni yeniləyib.Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.Tərəflər arasındakı yeni sözləşmənin müddəti 2024-cü ilin yayınadəkdir.2019-cu ildən “Çelsi”nin əsas komandasında forma geyinən futbolçu London təmsilçisinin heyətində 11 matçda meydana çıxıb. Şotlandiya yığmasının da üzvü olan 21 yaşlı futbolçu ötən mövsümü icarə əsasında “Norviç Siti”də keçirib.xeber100.com