Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə 60 yaşdan yuxarı şahmatçılar arasında ölkə çempionatına start verilib. Veteranlar arasında keçirilən çempionatın açılış mərasimində çıxış edən federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov veteran şahmatçılar arasında yarışların təşkilinin vacib olduğunu söyləyib. AŞF rəhbəri veteran şahmatçılara daim diqqət ayrılacağını bildirib və Azərbaycan çempionatında qalib olacaq iştirakçının FIDE tərəfindən təşkil olunacaq dünya çempionatında iştirak edəcəyini sözlərinə əlavə edib.AŞF-nin birinci vitse-prezidenti Faiq Həsənov çempionatdan maraqlı mübarizə gözlədiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb.Sonra Mahir Məmmədov birinci lövhədə ilk gedişi edib.Veteran şahmatçılar arasında ən yaşlı iştirakçı 1939-cu il təvəllüdlü Orxan Əfəndiyevdir. İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir. İyirmi altı şahmatçının iştirak etdiyi çempionatın ümumi mükafat fondu 3 min manat təşkil edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…