Azərbaycan Badminton Federasiyasının məlumatına görə…

21 İyun 2022 13:30

Xəbər 361 dəfə oxunub

Yeniyetmə badmintonçular Avstriyanın Dornbirn şəhərində keçirilən “Austrian U-17 Open-2022” turnirində çıxış edib.Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, ölkəmizi beynəlxalq turnirdə Mədinə Nağıyeva, Həcər Nuriyeva və Sərxan Bağırov təmsil edib.Qızların şəxsi yarışında Mədinə Nağıyeva ilk görüşündə çex Malvina Skrecenaya 2:1 hesabı ilə qalib gəlib. Badmintonçumuz növbəti görüşündə macar Zsofi Szaboya 0:2 hesabı ilə uduzub. İlk görüşündə almaniyalı Miya-Melayn Salariaya 2:1 hesabı ilə qalib gələn Həcər Nuriyeva ikinci görüşdə macar Kinqa Toz-Kuziyə 0:2 hesabı ilə məğlub olub. Həcər Nuriyeva-Mədinə Nağıyeva cütü qızların qoşa yarışında ilk görüşdə Amelia Maiksnerova (Çex Respublikası)-Jorina Jann (İsveçrə) tandeminə 0:2 hesabı ilə uduzub.Oğlanların qoşa yarışında isveçrəli Zhi Lunla eyni cütdə mübarizə aparan Sərxan Bağırov ilk görüşdə avstriyalı Filip Ofner-Feliks Steynvender qoşa cütünə 2:0 hesabı ilə qalib gəlsə də, növbəti görüşdə Almaniya təmsilçiləri Filip Euler-Aditya Patilə 0:2 hesabı ilə məğlub olub.xeber100.com