“Qəbələ” futbol klubu yeni formalarını təqdim edib

30 İyun 2022 15:21

Xəbər 442 dəfə oxunub

“Qəbələ” futbol klubu 2022/2023-cü il mövsümü üçün yeni formalarını təqdim edib.Azərtac klubun rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir ki, geyim dəstləri ənənəvi olaraq qırmızı və ağ rəngdə hazırlanıb.Komanda adətən ev oyunlarında qırmızı, səfər matçlarında isə ağ rəngli formalardan istifadə edir.Qeyd edək ki, “Qəbələ” yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək. Komanda ikinci təsnifat mərhələsində Macarıstanın “Fehervar” klubu ilə qarşılaşacaq. İlk görüş iyulun 21-də evdə, cavab matçı isə 1 həftə sonra səfərdə olacaq.xeber100.com