Madriddə iddiaçılar turnirində 11-ci turun oyunları keçiriləcək

30 İyun 2022 15:26

Xəbər 274 dəfə oxunub

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 11-ci turun oyunları keçiriləcək.Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda polşalı Yan-Kşiştov Duda ilə mübarizə aparacaq.Qeyd edək ki, şahmatçımız bundan əvvəlki turda FIDE təmsilçisi Yan Nepomnyaşi ilə heç-heçə edib. T.Rəcəbov ötən turlarda 4,5 xal toplayıb. O, bu nəticə ilə 8 şahmatçı arasında 5-ci yerdə qərarlaşıb.Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.xeber100.com