“Neftçi” futbol klubu bu gün ilk yoxlama oyununu keçirəcək

6 İyul 2022 13:19

Xəbər 379 dəfə oxunub

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubu bu gün ilk yoxlama oyununu keçirəcək.Baş məşqçi Laurentsiu Regekampfın komandası Türkiyə Birinci Liqasında çıxış edən “Sakaryaspor”la üz-üzə gələcək.Matç Bakı vaxtı ilə saat 16:45-də start götürəcək.Qeyd edək ki, “Neftçi” hazırlıq çərçivəsində 3 yoxlama matçı keçirməyi planlaşdırır.xeber100.com