“Sabah” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

10 İyul 2022 12:35

Xəbər 322 dəfə oxunub

Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Paytaxt təmsilçisi ispaniyalı müdafiəçi Con İrasaballa anlaşıb.İyirmi altı yaşlı oyunçu ilə 1+2 illik müqavilə imzalanıb.İrasabal karyerası ərzində İspaniyanın “Vitoria”, “Mirandes”, “Lexona” və “Amorebieta” klublarında çıxış edib.xeber100.com