Futbol üzrə Polşa Super kuboku yarışının qalibi müəyyənləşib

10 İyul 2022 12:36

Xəbər 408 dəfə oxunub

Futbol üzrə Polşa Super kuboku yarışının qalibi müəyyənləşib.Həlledici oyunda son ölkə çempionu “Lex”lə Polşa kubokunun qalibi olan “Rakuv” üz-üzə gəlib.“Rakuv” bu oyunda rəqibini 2 cavabsız qolla məğlub edərək Super kubok yarışının qalibi olub.“Lex” UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Azərbaycan çempionu Ağdamın “Qarabağ” klubunun rəqibidir.Komandalar arasında Polşada keçirilən ilk oyunda meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər. Cavab qarşılaşması isə iyulun 12-də Bakıda keçiriləcək.xeber100.com