Bakı Dövlət Universitetinin Elmi şurasının növbəti iclası keçirilib

10 İyul 2022 12:43

Xəbər 447 dəfə oxunub

Bakı Dövlət Universitetinin (BDU) Elmi şurasının növbəti iclası keçirilib.BDU-dan bildiriblər ki, iclasda BDU-nun rektoru Elçin Babayev gündəlikdə olan məsələləri diqqətə çatdırıb.Tədris və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov iclasda 2021-2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası və yekun dövlət attestasiyasının nəticələri barədə təqdimatla çıxış edib. İmtahan sessiyasının nəticələrinə əsasən, müvəffəqiyyət göstəricisi 74, keyfiyyət göstəricisi isə 35 faiz olub. Yaz imtahan sessiyasının nəticələri Elmi şura üzvləri tərəfindən məqbul hesab edilib.Daha sonra BDU-nun İnformasiya Texnologiyaları Mərkəzinin direktoru Rəfail Rüstəmovun hesabatı dinlənilib.İclas cari məsələlərin müzakirəsi ilə davam edib.xeber100.com