“Qəbələ” futbol klubu növbəti yoxlama oyununu keçirib

13 İyul 2022 09:32

Xəbər 333 dəfə oxunub

Yeni mövsümünün hazırlığını Türkiyədə davam etdirən “Qəbələ” futbol klubu növbəti yoxlama oyununu keçirib.“Qəbələ” ikinci sınağında Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.Komandamızın heyətində Rövlan Muradov və Asif Məmmədov fərqləniblər.Qeyd edək ki, “Qəbələ” Türkiyədəki ilk yoxlama görüşündə Türkiyə Super Liqasında çıxış edən “Qaziantep” klubuna 1:2 hesabı ilə uduzub.xeber100.com