Şahmat üzrə “Grand Chess Tour” seriyasının 3-cü mərhələsi davam edir

22 İyul 2022 14:26

Xəbər 354 dəfə oxunub

Xorvatiyanın Zaqreb şəhərində şahmat üzrə “Grand Chess Tour” seriyasının 3-cü mərhələsi davam edir. Bu gün turnir çərçivəsində qrossmeysterimiz Şəhriyar Məmmədyarov daha 3 turda mübarizə aparacaq. Onun rəqibləri fransalı şahmatçı Maksim Vaşye-Laqrav, ABŞ təmsilçiləri Leyner Dominqes, Uesli So olacaq.Qeyd edək ki, Ş.Məmmədyarov ötən turların nəticəsinə görə 6 xalla 6-cı yerdə qərarlaşıb.Turnir iyulun 25-dək davam edəcək.xeber100.com