Azərbaycan Badminton Federasiyası hesabat xarakterli konfrans keçirib

24 İyul 2022 09:24

Xəbər 487 dəfə oxunub

İyulun 24-də Azərbaycan Badminton Federasiyasının (ABF) son 6 ayda görülən işlərlə bağlı hesabat xarakterli konfransı keçirilib.Federasiyanın baş katibi Ramil Hacıyev media nümayəndələri ilə görüşdə son 6 ay ərzində görülən işlərlə bağlı məlumat verərək badmintonun ölkəmizdə inkişafı və kütləviliyi istiqamətində tədbirlər planını əks etdirən geniş təqdimatla çıxış edib.Federasiya rəsmisi qısa müddət ərzində iki badminton zalının istifadəyə verildiyini diqqətə çatdırıb. O, “Suhttle Time” proqramının və açıq havada təşkil olunan “Airbadminton challenge” mater-klaslarının badmintonun kütləviliyi istiqamətində ölkəmizdə geniş yayılmasına təkan verəcəyini qeyd edib. Qeyd olunub ki, həvəskarlar arasında mütəmadi badminton turnirlərinin keçirilməsi, gələcəkdə liqanın yaradılması da gündəmdə olan məsələlərdəndir.ABF-nın baş katibi parabadmintonun ölkəmizdə inkişafı istiqamətində də işlər görüldüyünü və bu sahədə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi sıx əməkdaşlıq edildiyini də diqqətə çatdırıb.Ramil Hacıyev 2023-cü ildə Avropa Badminton Konfederasiyasının (BEC) Bakıda keçiriləcək konqresini ölkə badmintonu üçün tarixi hadisə adlandırıb.Tədbirin sonunda Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi ilə Azərbaycan Badminton Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.xeber100.com