“Səbail” futbol klubu ilk yoxlama görüşünü keçirib

23 İyul 2022 10:30

Xəbər 484 dəfə oxunub

Hazırlıq prosesini Gürcüstanda davam etdirən Bakının “Səbail” futbol klubu ilk yoxlama görüşünü keçirib.Baş məşqçi Mahmud Qurbanovun komandası “Dinamo” ilə qarşılaşıb. Matç Tbilisi klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.Xatırladaq ki, “Səbail” Gürcüstanda daha 2 yoxlama oyununa çıxacaq. İyulun 25-də “Qaqra” ilə qarşılaşacaq Bakı təmsilçisi ayın 29-da isə “Dila”nı sınağa çəkəcək. Bu oyunlar eyni saatda – 18:15-də başlayacaq.Qeyd edək ki, “Səbail” Bakıdakı təlim-məşq toplanışı çərçivəsində “Kəpəz”i (3:1) məğlub edib, “Sabah”a (1:3) isə uduzub.xeber100.com