“Grand Chess Tour” seriyasının 3-cü mərhələsinin rapid yarışı başa çatıb

23 İyul 2022 10:52

Xəbər 340 dəfə oxunub

Xorvatiyanın Zaqreb şəhərində şahmat üzrə “Grand Chess Tour” seriyasının 3-cü mərhələsinin rapid yarışı başa çatıb.Turnirdə iştirak edən Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov bu gün 3 turda iştirak edib. O fransalı şahmatçı Maksim Vaşye-Laqrava uduzub, ABŞ təmsilçiləri Leyner Dominqes, Uesli So ilə heç-heçə edib.Yekun nəticələrə görə, Ş.Məmmədyarov 9 xalla yeddinci yeri tutub.xeber100.com