“Paris Sen-Jermen” futbol klubu Fransa Superkubokunu qazanıb

1 Avqust 2022 11:03

Xəbər 498 dəfə oxunub

“Paris Sen-Jermen” futbol klubu Fransa Superkuboku uğrunda keçirilən oyunda “Nant” komandasını 4:0 hesabı ilə məğlub edib.Xarici KİV-lər xəbər verir ki, görüş Təl-Əvivdə yerləşən “Blumfild” stadionunda keçirilib.Oyunda hesabı 22-ci dəqiqədə Lionel Messi açıb. Digər qolları Neymar (45+6, 82, penaltidən) və Serxio Ramos (57) vurublar.Bununla da “PSJ” Fransa Superkubokunda 11-ci dəfə qalib olub. Qeyd edək ki, Paris klubu bu göstərici üzrə rekorda sahibdir.