“Arsenal” klubunun futbolçusu “Fulhem”ə keçib

3 Avqust 2022 13:10

Xəbər 409 dəfə oxunub

“Arsenal”ın futbolçusu Bernd Leno “Fulhem”ə keçib.Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Otuz yaşlı qolkiperlə 3+1 illik müqavilə imzalanıb. “Fulhem” transferin məbləğini açıqlamayıb.Qeyd edək ki, Leno 2018-ci ildən “Arsenal”da oynayıb.xeber100.com