Ümumdünya Şahmat Olimpiadasında şahmatçılarımız qələbə qazanıblar

8 Avqust 2022 18:39

Xəbər 327 dəfə oxunub

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasında qadın şahmatçılarımız Ermənistan komandası üzərində parlaq qələbə qazanıb.Bu gün keçirilən 10-cu turda qadınlardan (Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova) ibarət yığmamız Ermənistan şahmatçıları ilə mübarizə aparıb. Şahmatçılarımız rəqib komanda üzərində böyük hesablı (4:0) qələbə qazanıblar.xeber100.com