Hindistanın Bakıdakı səfirliyi “ANM Exhibitions” sərgi şirkəti ilə birgə avqustun 31-də “JW Marirott Abşeron Bakı” mehmanxanasında “Hindistan Yaradıcılığı Səhnədə” adlı eksklüziv moda nümayişini təşkil edib.Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar tədbirdə çıxışında bildirib ki, bu eksklüziv moda nümayişi Hindistan səfirliyi tərəfindən Hindistanın müstəqilliyinin 75 illiyini qeyd etmək məqsədilə həyata keçirilən “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü çərçivəsində təşkil olunan silsilə tədbirlərdən biridir.Tədbirə çoxlu sayda hindistanlı və azərbaycanlı qonaqlar, o cümlədən hökumət rəsmiləri, ticarət palatalarının nümayəndələri, iş adamları və media işçiləri qatılıblar.Moda şousunun rəhbəri və xoreoqrafı Anup Banerci olub. Təqdimat şousunda Hindistandan olan təcrübəli dizaynerlər – “CTC Mall”dan Sudeş Çabra, “Majestic by Japnah” brendindən Harmit və Qambir Capnah, “DeBeau” brendindən Bhavna Şarma və Samant Çauhan iştirak ediblər. Azərbaycanlı modellərin nümayiş etdirdiyi hind sariləri, gəlinlik lehanqalar və kolilər, şalvar və kostyumlar, Qərb stilində olan şənlik geyimləri, yüksək dəb geyimləri nümayiş zamanı tamaşaçıların diqqətini cəlb edib.Tədbirdə çıxış edən V.Kumar Hindistanın dünyanın ikinci ən böyük tekstil və geyim istehsalçısı olduğunu vurğulayıb. Toxuculuq və geyim sənayesi Hindistan ÜDM-in 2,3 faizini və ixracının 12 faizini təşkil edir. Hindistanın tekstil və geyim ixracı (əl işləri daxil olmaqla) ötən maliyyə ilində illik 41 faiz artımla 44,4 milyard ABŞ dolları təşkil edib. Hindistanda 45 milyona yaxın insan tekstil və əl toxuculuğu sektorunda çalışır.V.Kumar, həmçinin Hindistan və Azərbaycan arasında tekstil və geyim sektorunda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib. O vurğulayıb ki, bu moda nümayişi Azərbaycanın dost və mehriban xalqına Hindistanın tekstil sənayesinin gücünü təqdim edir və bu, iki ölkə arasında ümumi ikitərəfli iqtisadi əlaqələrin inkişafına kömək edəcək.O, tamaşaçılardan sentyabrın 2-dən 12-sinə kimi Bakı İdman Sarayında keçiriləcək “Best of India” sərgisini ziyarət edərək Hindistandan gətirilən yüksəkkeyfiyyətli məhsul və xidmətlərlə tanış olmağa dəvət edib. Ziyarətçilər, həmçinin sərginin ilk üç günü saat 13:00-da və 16:00-da canlı eksklüziv moda şoularını təmənnasız olaraq izləyə biləcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…