UEFA Avropa Liqasının qrup mərhələsində

5 Sentyabr 2022 15:30

Xəbər 313 dəfə oxunub

UEFA Avropa Liqasının qrup mərhələsində “Frayburq” ilə qarşılaşacaq Ağdamın “Qarabağ” klubu sentyabrın 6-da Almaniyaya yollanacaq.Ağdam təmsilçisi xəbər verir ki, komandanı aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək.Sentyabrın 7-də Bakı vaxtı ilə saat 21:40-da komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 22:00-da isə matçın keçiriləcəyi “Wolfswinkel” stadionunda (Europa-Park Stadion) komandamızın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.Qeyd edək ki, “Frayburq” – “Qarabağ” oyunu sentyabrın 8-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.xeber100.com