Serbiyanın Novi Sad şəhərində keçiriləcək yeniyetmə, gənclər və böyüklər arasında sambo üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.Azərbaycan Sambo Federasiyasına istinadla xəbər verir ki, çempionatda baş məşqçi Vahid Tarverdiyev və məşqçi Cabir İsmayılovun rəhbərliyi altında 19 idmançı mübarizə aparacaq. Bunlardan 5-i yeniyetmə, 6-sı gənc, 6-sı böyük və 2-si döyüş sambosu ilə məşğul olanlardır. Komanda sentyabrın 14-də Serbiyaya yola düşəcək, beş gün sonra Bakıya dönəcək.Yeniyetmələrin yarışında ölkəmizi Musaxan Gülməmmədov (64 kq), Kərəm Babazadə (71 kq), Toğrul İbrahimov (79 kq), Fərəc Gözəlov (88 kq) və Orxan Məcidli (+98 kq) təmsil edəcəklər.Rəvan Rüstəmli (58 kq), Elvin Bağırov (64 kq), Əhməd Hüseynov (71 kq), Adil Adilzadə (79 kq), Məhəmmədəli Əliyev (88 kq), Məhəmməd Məmmədzadə (+98 kq) gənclər, Mehman Xəlilov (58 kq), Mirfəttah Seyidəliyev (64 kq), Emil Həsənov (71 kq) Ceyhun Hüseynov (88 kq), Eyvaz Nəsibli (98 kq) və Toğrul Salmanov (+98 kq) isə böyüklər kateqoriyasında yarışacaqlar. Döyüş sambosunda Ramil Vəliyev (79 kq) və Nəbi Məmmədov (98 kq) medallar uğrunda mübarizə aparacaqlar.Qeyd edək ki, sambo üzrə Avropa çempionatı sentyabrın 15-18-də keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…