“Səbail” futbol heyətini yeni futbolçu ilə gücləndirib

7 Sentyabr 2022 13:22

Xəbər 341 dəfə oxunub

Bakının “Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Klubun rəsmi saytı xəbər verir ki, Bakı təmsilçisi “Neftçi”nin müdafiəçisi Nihad Qurbanlını transfer edib.İyirmi bir yaşlı oyunçu ilə 2022/2023-cü il mövsümünün sonunadək müqavilə imzalanıb.Qeyd edək ki, N.Qurbanlı Azərbaycanın U-21 yığmasının da üzvüdür.xeber100.com