Voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına uduzub

7 Sentyabr 2022 13:22

Xəbər 357 dəfə oxunub

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.Millimiz səfərdə Sloveniya yığmasının qonağı olub. Maribor şəhərində təşkil olunan qarşılaşma Sloveniya seçməsinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.İki komanda arasında sentyabrın 3-də Bakıda keçirilmiş görüşdə də Sloveniya eyni hesabla qalib gəlmişdi. Hazırda Sloveniya yığması 14 xalla qrupda birinci, Azərbaycan isə 9 xalla ikinci pillədə qərarlaşıb.Sloveniya artıq Avropa çempionatına vəsiqəni təmin edib. Azərbaycan millisi isə qrup ikincisi kimi mərhələ adlamaq şansını saxlayır.xeber100.com